Fransa Prezidenti etirazçılar qarşısında geri çəkilir
Fransa Prezidenti Emmanuel Makron Yeni il çıxışında ölkədə mübahisə və tətillərə səbəb olan pensiya islahatları ilə bağlı açıqlamalar verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Makron pensiya islahatlarının başa çatacağını açıqlayıb.
"Fransızların qarşısında həyata keçirəcəyimi vəd etdiyim pensiya islahatı başa çatacaq", - deyə Fransa prezidenti vurğulayıb.
Qeyd edək ki, Fransada 28 gündür pensiya islahatlarına qarşı tətillər davam edir. Tətillər səbəbindən, xüsusən də paytaxt Parisdə gündəlik həyat xaosa sürüklənib. Nəqliyyat və səhiyyə xidmətlərində ciddi problemlər yaranıb.