Mahaçqala hava limanındakı olaylara Dağıstan rəhbərindən reaksiya

Dünya

30.10.2023 - 13:46

cedabet dərman SEO Xidməti

Sergey Melikov: “Dağıstanda sabitliyi pozmaq cəhdləri, etnik nifrət və konfessiyalararası problemlərin qızışdırılması düşmənlərimizin işidir”

“Mahaçqala hava limanında baş verən iğtişaşlar Dağıstanda sabitliyi pozmaq və etiraz fonu yaratmaq cəhdləridir. Bu, xaricdən Rusiyanın düşmənləri tərəfindən təşkil edilib”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Dağıstanın rəhbəri Sergey Melikov deyib.

Melikov hava limanında baş verənləri xəyanət adlandırıb: “Dağıstanda sabitliyi pozmaq cəhdləri, o cümlədən etnik nifrət və konfessiyalararası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş metodlardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”.

“Respublika sakinlərini etiraz aksiyalarında iştiraka çağırışlar dərc edən “Telegram” kanallarından biri Ukrayna ərazisindən idarə olunur. Mahaçqala hava limanında baş verən iğtişaşlar bu gün Şimal Hərbi Dairəsi zonasında bütün ölkəmizi müdafiə edən hərbçilərimizin kürəyindəki bıçaqdır”, Dağıstan rəhbəri vurğulayıb.

Melikov əlavə edib ki, hadisə nəticəsində hava limanının avadanlıqları zədələnməyib: “Yaxın günlərdə hava limanının funksionallığı bərpa olunacaq”.

Qeyd edək ki, ötən gecə yüzlərlə Mahaçqala sakini yerli Uytaş hava limanına toplaşaraq Təl-Əvivdən gələn uçuşa etiraz ediblər. Etirazçılar Dağıstanda məskunlaşmaq niyyətində olan İsraildən olan qaçqınları qəbul etməməyə çağırıblar. Mahaçqala sakinləri İsrail Müdafiə Qüvvələrinin Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyatı səbəbindən Qəzza zolağının sakinləri ilə həmrəylik əlaməti olaraq bunun qarşısını almaq istəyiblər.

İğtişaşlar nəticəsində ikisi polis əməkdaşı olmaqla, 10-dan çox insan yaralanıb. Respublika Səhiyyə Nazirliyindən verilən məlumata görə, iki zərərçəkənin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. 59 etirazçı saxlanılaraq polis bölmələrinə aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş