Mağazadan pul və ərzaq məhsulları oğurlanıb

Xəbərlər

07.07.2020 - 14:25

Oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb

 

Bakıda oğurluqla məşğul olan iki nəfər tutulub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 7-də Hövsan qəsəbəsi ərazisindəki mağazaların birindən 300 manat məbləğində pul və 1700 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan yeniyetmə və S.Nağıyev Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Faktla bağlı təhqiqat aparılır.

Müəllif: Ayna.az