İki rayonun sakinləri qazsız qaldı

Xəbərlər

08.10.2019 - 15:45

Hazırda bu sızmanın ləğvi işləri aparılır

 

Tərtər və Bərdə rayonlarında avtomobillərlə 3 yerdə qaz xətlərini zədələyiblər.

 

AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Məlumatda o da bildirilib ki, Tərtər rayonunun Nəsimi küçəsində diametri 76 mm olan qaz xəttinin avtomobillə vurulması səbəbindən bu gün saat 12:55-dən 380 abonentin qaz təchizatı dayandırılıb. Rayonun Cəmilli kəndində isə 50 mm diametrində siyirtməni avtomobillə vurub qırıblar. Bu zaman xətdə qaz sızması aşkarlanıb. Hazırda bu sızmanın ləğvi işləri aparılır. 

Həmçinin Bərdə rayonunun Qazaxlar kəndində kombaynla 50 mm diametrində olan siyirtməni zədələyiblər. Saat 14:10-dan etibarən 73 abonentin qaz təminatında fasilə yaranıb. 

Müəllif: Ayna.az