Əli Əsədov Baş Nazir seçildi

Xəbərlər

08.10.2019 - 12:33

Hazırda yeni Baş Nazir parlamentdə çıxış edir

 

Milli Məclisin payız sessiyasının ikinci plenar iclasında əsas məsələ olaraq “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

 

AYNA xəbər verir ki, deputatlar Əli Əsədovun Baş Nazir seçilməsinə yekdilliklə səs veriblər. Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

 

Daha sonra yeni Baş Nazir parlamentdə çıxış edirb. Ə.Əsədov ona göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.

 

Qeyd edək ki, Milli Məclis Ə.Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdikdən sonra Prezidentin sərəncamı ilə o, bu vəzifəyə təyin ediləcək.

Müəllif: Ayna.az