Maduro: “Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birləşib”

Dünya

21.09.2025 - 11:57

Prezident Vaşinqtonu təhdidlərə son qoymağa çağırıb

“Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birdir və öz ölkələrinin suverenliyini müdafiə etməyə hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Prezident Nikolas Maduro “Venezolana de Televisión” telekanalında deyib.

"Amerika imperiyası Simon Bolivarın vətənini təhdid edir. Biz Venesuela xalqının suverenliyinə, sülhə, yaşamaq və işləmək hüququna zəmanət vermək üçün həmişəkindən daha çox birləşmişik", - deyə dövlət başçısı bəyan edib.

Prezident Vaşinqtonu təhdidlərə son qoymağa çağırıb və Venesuelanın “azad və suveren ölkə” olaraq qalacağını vurğulayıb.

Venesuela lideri dəfələrlə bəyan edib ki, ölkə son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş