Macarıstanın Baş Naziri Viktor Orban Azərbaycana gəlib

Xəbərlər

14.10.2019 - 19:26

Viktor Orbanı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar

 

Macarıstanın Baş Naziri Viktor Orban Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

 

AYNA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş Nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Macarıstanın Baş Naziri Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az