Ərdoğan Liviyaya qoşun yeridiləcəyini bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında Liviyada Türk əsgərlərinin şəhid olduğunu deyib. AYNA xəbər verir ki, Ərdoğan bununla bağlı Liviyaya qoşun yeridiləcəyini bildirib.
Dövlət başçısı, eyni zamanda Liviyaya Türkiyə Silahlı Qüvvələrinin (TSQ) nəzarəti altında müdaxilə edən Suriya Milli Ordusu (SMO) haqqında da danışıb. O, SMO-nun Liviya barışıq hökuməti ilə bağlanmış müqavilələrə əsasən Liviyada fəaliyyət göstərdiyini vurğulayıb.
Bundan əlavə, Türkiyə Prezidenti İdlibdəki münaqişə ilə əlaqədar olaraq martın 5-də Rusiya, Fransa və Almaniya ilə birgə keçirilməsi nəzərdə tutulan sammitə dair razılıq əldə edilmədiyini açıqlayıb və həmin tarixdə Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəyini əlavə edib.