Litva Prezidenti Rusiya ilə dialoqa çağırış etdi

Dünya

16.02.2021 - 15:14

Nauseda: “İkitərəfli münasibətlərdə həll ediləcək məsələlər var”

 

Litva Prezidenti Gitanas Nauseda Rusiya ilə dialoqa çağırış edib. AYNA xarici mediaya istinadən bildirir ki, Nauseda ölkəsinin indiki şərtlərdə belə, Rusiya ilə dialoq davam etdirilməli olduğunu vurğulayıb..

 

Onun fikrincə, ikitərəfli münasibətlərdə həll ediləcək məsələlər var.

 

“Rusiya səfiri Aleksey İsakov mənə etimadnaməsini təqdim edəndə görüşümüz 45 dəqiqə davam etdi. Maraqlı bir söhbət oldu. Prezidentin xarici ölkələrin səfiri ilə söhbətə bu qədər vaxt ayırması çox vaxt olmur”, - deyə Litva lideri vurğulayıb.

Müəllif: Ayna.az