Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri açıqlanıb

Xəbərlər

23.08.2024 - 14:13

cedabet dərman SEO Xidməti

Qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılıb

2024-2025 tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri elan olunub. AYNA xəbər verir ki, bu barədə Təhsil İnstitundan bildirilib.

Qeyd olunub ki, qəbul nəticələri ilə şagirdlərin elektron hökümət portalı sy.edu.az platforması üzərindən “İmtahanlar” bölməsindən tanış olmaq mümkündür. Qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılıb. Şəxsi kabinetdə “Sorğularım” bölməsindən yaradılan sorğuların ardıcıllığını izləmək mümkündür.

Lisey və ya gimnaziyalara qəbul olan şagirdlərin 27 avqust 16:00-a qədər qəbul olduqları müəssisəyə şəxsi işləri təqdim edilməlidir. Qeyd olunan tarixədək sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab ediləcəkdir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş