Ərdoğan erməni icmasının nümayəndələri ilə görüşdü

Hadisə

03.09.2019 - 05:05

 
 Yeni patriarxın seçilməsinə hazırlıq
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qələbə Günü münasibətilə Ankaradakı Prezident Sarayında təşkil edilən qəbulda erməni apostol kilsəsinin Konstantinopol patriarxatının yepiskopu Saak Maşalyan və Müqəddəs Xilaskarın Erməni Xəstəxanası Fondu Himayəçilər Şurasının sədri Petros Şirinoğlu ilə görüşüb.
 
AYNA virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə lideri erməni icmasının nümayəndələri ilə qısa söhbət edib. Prezident Ərdoğan, yeni patriarxın seçilməsinə hazırlıq işləri ilə maraqlanıb. Maşalyan və Şirinoğlu bildiriblər ki, seçkilərin keçirilməsi üçün müvafiq xartiyanı gözləyirlər.
 
Prezident Ərdoğanın tələbi ilə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sənədin bir həftə ərzində patriarxata göndəriləcəyini bildirib.
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə