Gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb
Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə daxil olan əməliyyat məlumatları əsasında İran İslam Respublikasından birlikdə piyada yolla gələn Azərbaycan Respublikasının 3 vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarətinə daxil olarkən saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri yoxlanılıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı 4 ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib.
Ayna.az
Pin up casino Pin-up casino giriş