Leyen yeni anti-Rusiya sanksiyaların qəbul olunacağını açıqlayıb

Dünya

28.08.2025 - 19:57

“Bu, sanksiyalar rejimimizin sərtləşdirilməsi deməkdir”

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, onun bəyanatı AK-nin rəsmi saytında yerləşdirilib.

"Biz Rusiyaya maksimum təzyiq göstəririk. Bu, sanksiyalar rejimimizin sərtləşdirilməsi deməkdir. Biz tezliklə 19-cu sərt sanksiyalar paketimizi təqdim edəcəyik. Eyni zamanda, Ukraynanın müdafiəsi və bərpasına töhfə vermək üçün dondurulmuş Rusiya aktivləri ilə işləməyə davam edirik", - deyə rəsmi bildirib.

Bundan əvvəl Avropa İttifaqının Rusiyanın tərəfdaşlarına qarşı yeni ikinci dərəcəli sanksiyalar tətbiq etmək planları barədə məlumat yayılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş