Nazirlər Azərbaycanla normallaşma prosesini müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı nazirlər inteqrasiya birlikləri çərçivəsində iki ölkə arasında qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Bununla yanaşı, XİN başçıları ikitərəfli və regional gündəliyin məsələlərini, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, eləcə də ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.