Lavrov: “Xarici qüvvələr Belarusda qan tökülməsinə çalışırlar”

Dünya

23.08.2020 - 18:31

Həkimlər Klinikalar SEO Xidməti

“Böhrandan necə çıxmağı Belarus xalqının özü həll edəcək”

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belarusda vəziyyətin sabitləşəcəyini söyləyib. Bu barədə AYNA TASS-a istinadən bildirir.

 

Bununla yanaşı, Lavrov bildirib ki, xarici qüvvələr Belarusda qan tökülməsinə çalışırlar.

 

“Böhrandan necə çıxmağı Belarus xalqının özü həll edəcək. Hesab edirəm ki, vasitəçilərə ehtiyac yoxdur”, - deyə Lavrov qeyd edib.

 

Rusiya XİN başçısı onu da bildirib ki, Belarusda Konstitusiya islahatları ilə bağlı dialoq vəziyyətin normallaşmasına kömək edə bilər.

 

Xatırladaq ki, Belarusda etirazlar ikinci həftədir davam edir. Aksiyalar prezident seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra başlayıb. Avqustun 9-da keçirilən seçkilərin rəsmi nəticələrinə görə, hazırkı Prezident Lukaşenko 80 faizdən çox səs toplayıb. Müxalif namizəd Svetlana Tixanovskaya isə 10 faizdən bir qədər artıq səs qazanıb. Xalq seçkinin nəticələri ilə razılaşmır, Lukaşenkonu istefaya səsləyərək yeni seçkilərin keçirilməsini tələb edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş