“Bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb”
“NATO Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təbliğ edir, həmçinin bu regionda anti-Rusiya əhval-ruhiyyəsi üçün “poçt şöbəsi” yaradır”. AYNA xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
“Son illərdə Ermənistanda yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var və əvvəllər də çox idi. Bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Tam tərsinə, onların məqsədi burada anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmaq və ilk növbədə ABŞ və Avropa İttifaqı və NATO ölkələri vasitəsilə bu regionda maraqların təşviqinə hazırlaşmaqdır”, - Lavrov bildirib.
Qeyd edək ki, sentyabrın əvvəlində Ermənistanla ABŞ ordusu “Eagle Partner 2023” adlı birgə təlimlər keçirib. Təlimlər Ermənistanın 12-ci sülhməramlı briqadasını NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirməyə hazırlamaq üçün nəzərdə tutulub.