“Güclü hərbi-siyasi təməlin formalaşdırılması ümumi maraqlara cavab verir”
“Bütün Avrasiyada möhkəm hərbi-siyasi baza yaratmaq lazımdır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiya iclasının açılışında deyib.
Lavrov qeyd edib ki, Şimali Atlantika Alyansı (NATO) Avropa Birliyinin şərq sərhədlərində hərbi fəallığını artırır.
“Münaqişələrin həllinə və qarşısının alınmasına töhfə verəcək güclü hərbi-siyasi təməlin formalaşdırılması ümumi maraqlara cavab verir”, Lavrov deyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin formalaşdırılması istiqamətində xeyli iş görüldüyünü açıqlayıb.