Dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.