Xırdalan sakinlərinə şad xəbər

Xəbərlər

25.10.2019 - 15:31

Qaz kəməri diametri 400 mm olan polietilen borularla əvəz olunub və bu gündən işə salınıb

 

Xırdalanda 35 min abonentin qaz təchizatında yenilik edilib. 

 

AYNA-ya bu baradə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Məlumatda bildirilir ki, Abşeron rayonu Müşfiqabad Qaz Paylayıcı Stansiyasından Xırdalan şəhərinə gələn 2800 m uzunluqda yeraltı 530 mm diametrində olan polad boru kəməri uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşmüşdü. Tez-tez qaz sızmaları baş verirdi və bu kəmər əhalini normal təzyiqdə qazla təmin etmək üçün çətinlik yaradırdı.

 

Artıq bu kəmər diametri 400 mm olan polietilen borularla əvəz olunub və bu gündən işə salınıb. Bununla da, Xırdalan şəhərində 35 min abonent və sənaye obyektləri normal təzyiqdə qazla təmin olunacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə