Kürdə batan şəxsin cəsədi tapılıb

Hadisə

18.05.2020 - 12:27

Həkimlər Klinikalar SEO Xidməti

Qardaşəli Səlimovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

 

Kür çayının Hacıqabul rayonunun Talış kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən xəbərə görə, Q.Səlimovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş