Şəkidə yanğın olub

Hadisə

25.10.2019 - 13:58

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Şəki şəhərində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları və aynabəndinin tavanı 10 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az