"Azərişıq" küləyin fəsadlarına qarşı tədbirlər görür

Hadisə

25.08.2019 - 08:38

"Hazırda Şimal regionunda da külək müşahidə edilir"

 

"Hazırda ölkəmizin Qərb Regionunda müşahidə olunan güclü küləyin fəsadlar yaratmaması üçün "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür". AYNA bildirir ki, bunu Trend-ə  qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

 

T.Mustafayevin sözlərinə görə, hazırda bir neçə rayon ərazisində əlavə avadanlıqlar hazır vəziyyətə gətirilib: "Güclü küləyin 0,4kVt-luq şəbəkələrdə fəsadlar yarada biləcəyini nəzərə alaraq əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür. Bundan əlavə Qərb regionunda olan Daşəkəsən, Göygöl və digər rayonlarda əlavə mal-material hazırlığı görülüb. Bundan əlavə hazırda Şimal regionunda da külək müşahidə edilir. Baş verə biləcək kəsintilərin qarşısını almaq üçün "Azərişıq" əməkdaşları operativ şəkildə lazımi tədbirlər görür".

Müəllif: Ayna.az