Azərbaycanda zəlzələ olub

Hadisə

01.12.2019 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib

 

Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

 

AYNA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. 

 

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

 

Müəllif: Ayna.az