Kürdə batan şəxs axtarılır

Hadisə

25.06.2020 - 16:26

Axtarışına dalğıc-axtarış qrupu cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Quruzma kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

 

FHN-dən AYNA-ya bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az