Mənzillər yanğından mühafizə olunub
Bakı şəhərinin Xətai rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 3 ədəd qoruyucu açar və elektrik kabeli 2 p.m yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.