Qaydaları pozan 161 sürücü saxlanıldı - <font color=red> FOTOLAR</font>

Hadisə

29.08.2019 - 00:43

41 sürücü dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb

 

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri davam etdirilib.

 

AYNA Trend-ə istinadən xəbər verir ki, maarifləndirmə çərçivəsində Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları da rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik tədbir keçirib.

 

Trend-in əməkdaşının iştirakı ilə keçirilən tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib.

 

Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis leytenantı Ruslan Vəliyev bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 93 nəfərdən artıq piyada müəyyən olunmuş yeraltı və yerüstü keçiddən istifadə etmədiyi üçün saxlanılıb.

 

Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb:

 

"Tədbir çərçivəsində ödənilməmiş cəriməsi olan 64 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 41 sürücü dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər sürücülərə xəbərdarlıq edilib. Ümumilikdə gün ərzində qayda pozan 161 avtomobil saxlanılıb və onlar yol hərəkəti barədə təlimatlandırılıb.

 

Keçirilən tədbirlər çərçivəsində piyada səkisində piyadaların hərəkətinə mane olan 23 avtomobil müəyyən edilərək sürücülərə xəbərdarlıq edilib və səkidən kənarlaşdırılıb".

 

Nəsimi polisi qaydaları pozan 161 sürücünü saxladı (FOTO)

Nəsimi polisi qaydaları pozan 161 sürücünü saxladı (FOTO)

Nəsimi polisi qaydaları pozan 161 sürücünü saxladı (FOTO)

Nəsimi polisi qaydaları pozan 161 sürücünü saxladı (FOTO)

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə