Gömrük postunda qanunsuzluq aşkarlanıb

Hadisə

26.08.2019 - 16:33

Yük maşınlarında ehtiyat hissələri və papiroslar aşkar edilib

 

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı yük avtomobilinin alt hissəsində həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulan ümumilikdə 6 adda 43 ədəd ehtiyat hissələri aşkar edilib.

Ayna.az


Ramanada faciə

Dünən, 17:26 Hadisə