Kürdə 4 nəfər köməksiz qalıb: onların xilas edilməsi üçün tədbirlər görülür

Hadisə

27.03.2026 - 15:57

Əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər

Samuxda 4 nəfər Kür çayının rayon ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb.

Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Nazirlikdən AYNA.AZ-a bildirilib ki, köməksiz vəziyyətdə qalan 4 nəfərin xilas edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş