Yağışdan sonra Bakı yollarında baş verən qəzalar - <font color=red> VİDEO</font>

Hadisə

09.08.2019 - 23:54

Sürət həddini aşmaq bu qəzalara səbəb olub
 
Bu gün havanın yağmurlu keçməsi paytaxt Bakıda bir neçə qəzaya səbəb olub.  AYNA avtosfer.az-a istinadən xəbər verir ki, qəzalar yüksək sürət rejimi tətbiq olunan yollarda baş verib. 
 
Həmin qəzaların videosuna baxdıqda məlum olur ki, sürücülər hava və yol şəraitini düzgün qiymətləndirmirlər. 
 
Belə ki, əyləc sistemindən düzgün istifadə etməmək, ara məsafəsini düzgün seçməmək, sürət həddini aşmaq bu qəzalara səbəb olub.
 
Müəllif: Ayna.az