Kuleba və Zelenski Papanın çağırışını rədd edib

Dünya

11.03.2024 - 11:30

cedabet dərman SEO Xidməti

“Bizim bayrağımız sarı və mavidir, biz heç vaxt başqa bayraq qaldırmayacağıq”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukraynanın öz bayrağı var və başqa bayraq qaldırmayacaq. Bu barədə AYNA Ukrayna mediasına istinadən bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk Kiyevə çağırış edib ki, Ukrayna “ağ bayraq qaldırmağa cəsarət göstərməli” və Rusiya ilə danışıqlara başlamalıdır.

“Eyni zamanda, ağ bayraqla bağlı biz Vatikanın 20-ci əsrin birinci yarısından strategiyasını bilirik. Mən sizi keçmişin səhvləri təkrarlamamağa, Ukraynanı və xalqını həyatları uğrunda ədalətli mübarizəsində dəstəkləməyə çağırıram. Bayrağımız sarı və mavidir. Bu bayrağımız altında yaşadığımız, öləcəyimiz və fəth etdiyimiz bayraqdır. Biz heç vaxt başqa bayraqlar qaldırmayacağıq”, - Dmitri Kuleba “X” hesabında Papaya cavabında yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransiskin Rusiya ilə danışıqlara çağırışını tənqid edərək, bunu “virtual vasitəçilik” adlandırıb. Ukrayna liderinin videomüraciəti onun “Telegram” kanalında martın 10-da yayımlanıb.

Zelenskinin sözlərinə görə, o, hərbçiləri dəstəkləyən ukraynalı din xadimlərinə minnətdardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş