Kuleba BMT TŞ-da sədrliyin Rusiyaya keçməsini kəskin tənqid edib

Dünya

01.04.2023 - 20:12

Nazir: "Bu, beynəlxalq ictimaiyyətin üzünə vurulan sillədir"

"Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq ictimaiyyətin üzünə vurulan sillədir".

AYNA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib.

 

"Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq ictimaiyyətin üzünə vurulan sillədir. Mən BMT Təhlükəsizlik Şurasının hazırkı üzvlərini Rusiyanın öz prezidentliyindən sui-istifadə etmək cəhdlərinin qarşısını almağa çağırıram", - Ukrayna XİN başçısı qeyd edib.

Xatırladaq ki, aprelin 1-dən BMT TŞ-yə sədrlik Rusiyaya keçib.

Müəllif: Ayna.az