Kremldən Ermənistan və ABŞ-ın hərbi təlimlərinə reaksiya

Dünya

07.09.2023 - 15:22

cedabet dərman SEO Xidməti

Peskov: “Bu, regionda vəziyyətin sabitləşməsinə kömək etməyəcək"

“Ermənistan və ABŞ arasında hərbi təlimlərin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir”. AYNA xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın gələn həftəyə Ermənistanla ABŞ arasında hərbi təlimlərin keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, regionda vəziyyətin pisləşməsi ilə bağlı sözlərinə münasibət bildirib.

"Əlbəttə ki, bu cür təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir - hər halda, regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir", - Kremlin sözçüsü vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş