Rusiyada koronavirusa yoluxanların sayı 1036-a çatıb
Rusiyanın “TASS” xəbər agentliyi Kremldə çalışan bir nəfərdə koronavirus aşkarlandığını bildirib. AYNA xəbər verir ki, agentlik bu barədə Kremlin sözcüsü Dimitri Peskovun mətbuat konfransında açıqlama verdiyini vurğulayıb.
Peskov virusa yoluxan şəxsin prezident Putinlə əlaqədə olmadığını və administrasiyanın virusun yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri gördüyünü əlavə edib.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 1036-a çatıb. Pandemiyadan ölənlərin sayı isə 4-ə yüksəlib.