Peskov: “Bu sazişlərin ikinci hissəsi üzrə vəziyyət yaxşılaşdırılmayıb”
““Taxıl sazişi”nin perspektivləri o qədər də parlaq deyil”. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Perspektiv hələ o qədər də parlaq deyil. Təəssüf ki, bu sazişlərin ikinci hissəsi üzrə vəziyyət yaxşılaşdırılmayıb və yaxşılaşmağa meylli deyil”, - Peskov bildirib.
Bir müddət əvvəl BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, BMT “taxıl sazişi”nin mümkün uzadılması ilə bağlı müzakirələri davam etdirir.
Aprelin 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “taxıl sazişi”nin Rusiya ilə bağlı hissəsi “ümumiyyətlə yerinə yetirilmir”.
Qeyd edək ki, “Taxıl sazişi” 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında imzalanıb. Sazişin icrasının koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. "Taxıl sazişi"nin müddəti bu il mart ayında daha 4 ay uzadılıb.