Peskov: “Ermənistanın Baş naziri Sankt-Peterburqa gəlsə, Putin onunla müzakirə aparacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə başçılarının MDB-nin Sankt-Peterburqda keçiriləcək iclasına gələrsə, Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparmaq imkanı əldə edəcək. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, hazırda Putinlə Paşinyan arasında təmas planları yoxdur: “Əgər cənab Paşinyan Sankt-Peterburqa gəlsə, o zaman danışmaq üçün əla fürsət yaranacaq”.
Qeyd edək ki, dekabrın sonlarında MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi Yeni il sammiti keçiriləcək. Sammitin dəqiq tarixi müəyyən deyil.