Kreml: Putin Zelenski ilə görüşməyə hazırdır, amma...

Dünya

24.09.2025 - 19:14

“Ciddi hazırlıq olmadan belə danışıqlar uğursuzluğa məhkumdur”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır, lakin ciddi hazırlıq olmadan belə danışıqlar uğursuzluğa məhkumdur.

AYNA.AZ rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Putin öz mövqeyini açıq şəkildə ifadə edib. O görüşə hazırdır, lakin deyib ki, bu, yalnız tərəflər ekspertlər səviyyəsində hazırlaşdıqdan sonra məna kəsb edəcək. Bunsuz görüş daha çox uğursuzluğa məhkum edilmiş piardır", - Peskov vurğulayıb.

O həmçinin əlavə edib ki, Kiyev nizamlanma danışıqları çərçivəsində işçi qruplar yaratmaq istəyini nümayiş etdirməyib.

Peskov Kiyevin görüşün İsveçrə və ya Avstriyada keçirilməsi ilə bağlı təkliflərini də tənqid edib, onları qəbuledilməz adlandırıb və Zelenskinin Moskvaya gəlməkdən imtina etməsindən təəcübləndiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş