Peskov: “Rusiya Prezidenti Normand dördlüyünün digər üzvlərindən fərqli davranıb”
Rusiya Prezidenti Vladimir Putin Normand dördlüyünün digər üzvlərindən fərqli olaraq Minsk razılaşmalarının həyata keçirilməsi üçün hər şeyi edib. AYNA xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Onlardan fərqli olaraq, Prezident Putin bu razılaşmaların həyata keçirilməsi və Ukrayna tərəfini öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün çox şey edib və çox səy göstərib”, - Peskov əlavə edib.
Bundan əvvəl Kreml bəyan edib ki, Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko, Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş Prezidenti Fransua Olland öz ölkələri üçün Minsk razılaşmalarının Donbassda hərbi ssenariyə hazırlıq cəbhəsi olduğunu təsdiqləyiblər.
Eyni zamanda, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Qərb Minsk razılaşmaları ilə bağlı situasiyada maraqlı deyil və Rusiya ilə silahlı qarşıdurmaya hazırlaşır.