Kravçuk: “Ukrayna atəşkəs rejiminə əməl etməyin tərəfdarıdır”

Dünya

04.03.2021 - 19:16

“Ancaq müəyyən vaxtlarda xırda atəşkəs pozuntuları ola bilər”

 

“Ukrayna Minsk razılaşmalarının və Normand formatında qəbul edilmiş müqavilələrin həyata keçirilməsinin tərəfdarı olaraq qalır”. AYNA xəbər verir ki, bu sözləri Ukraynanın ilk Prezidenti, Üçtərəfli Əlaqə Qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

 

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin danışıqlar prosesi ilə bağlı rəsmi açıqlamaları vacibdir: “Biz bunu artıq mətbuatda yayımlamışıq. Keçən il 22 iyulda qəbul edilmiş müqaviləni ümumiyyətlə pozmamaq barədə rəsmi açıqlama var. Ukrayna tərəfinin atəşkəs rejiminə riayət edəcəyinə ümid edirəm. Ancaq müəyyən vaxtlarda xırda atəşkəs pozuntuları ola bilər”.

 

Qeyd edək ki, martın 3-də tanınmamış “Donetsk Xalq Respublikası”nın qondarma “rəhbərliyi” tərəfindən “Xalq Milisliyi”nə atəşkəs pozulacağı halda Ukrayna Silahlı Qüvvələrinin atəş nöqtələrinə atəş açmağa icazə verilib.

Müəllif: Ayna.az