Koronavirusun yeni ştammı daha bir ölkədə aşkarlanıb

Dünya

19.01.2021 - 07:48

İnfeksiyaya yoluxmuş şəxsdə heç bir simptom müşahidə olunmur

 

Mərakeşin Səhiyyə Nazirliyi ölkə ərazisində koronavirusun yeni ştammına ilk yoluxma halını qeydə alıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ştamm Tanjer şəhərindəki limanda İrlandiyadan gələn mərakeşlidə aşkar olunub. İnfeksiyaya yoluxmuş şəxsdə heç bir simptom müşahidə olunmur. O, Kasablankadadır, təcrid olunub. Yoluxmuş şəxsin müalicəsi Mərakeşdəki sanitar protokola uyğun olaraq həyata keçirilir.

 

Yanvarın 18-nə olan məlumata əsasən, Mərakeşdə pandemiya başladığı vaxtdan indiyədək koronavirusa yoluxanların sayı 460 mini ötüb, 7 977 xəstə dünyasını dəyişib, 435 mindən çox pasiyent sağalıb.

 

Yanvarın 7-də Mərakeş hökuməti ilk dəfə 2020-ci il martın 20-də tətbiq olunmuş fövqəladə sanitar vəziyyət rejiminin müddətini onuncu dəfə uzadıb. O, fevralın 10-dək qüvvədə olacaq.

Müəllif: Ayna.az