Koronavirusla mübarizəyə robotlar cəlb olunub

Dünya

07.02.2020 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Ağıllı robotlar müxtəlif növ dezinfeksiya işlərini həyata keçirə bilir

 

Çinin koronavirusun ilk yayıldığı Vuhan şəhərində xəstəliklə mübarizəyə robotlar da cəlb olunub. AYNA  xarici mətbuata əsasən, xəbər verir ki, xəstəxanalarda Şanxaydan gətirilmiş 30-dan çox robotlar işləyir.

 

Robotlar koronavirusa qarşı mübarizə apardıqları Vuhandakı böyük xəstəxanaların təcridxanalarında, reanimasiya şöbələrində, əməliyyat otaqlarında və ambulator bölmələrində gecə-gündüz işləyir, vaxtaşırı dezinfeksiya işləri aparır. Bu da xəstələrin çarpaz infeksiyası riskini azaltmağa kömək edir və mütəxəssislərin işini daha səmərəli edir.

 

Şanxayın TMiRob şirkəti tərəfindən istehsal olunmuş ağ rəngli robotların qarın hissəsində doqquz ultrabənövşəyi lampa var, baş hissəsindən isə xüsusi dezinfeksiyaedici məhlullar püskürdür. 

 

Ağıllı robotlar müxtəlif növ dezinfeksiya işlərini həyata keçirə bilir. Həmçinin xüsusi texnologiya ilə hazırlanıb ki, bu da onlara maneələrlə toqquşmağın qarşısını almağa imkan verir.

 

Qeyd edək ki, son məlumata görə, Çində 31 mindən çox adam virusa yoluxub, 636 nəfər isə ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş