Koronavirusla bağlı son vəziyyət: Yoluxma və ölüm halları artıb

Dünya

26.03.2020 - 11:30

Həkimlər Klinikalar SEO Xidməti

Dünya üzrə indiyədək bu virusa yoluxanların sayı 471802 nəfərə yüksəlib

 

Çindən dünyaya yayılan koronavirus (COVID-19) can almaqda davam edir. AYNA xəbər verir ki, son nəticələrə əsasən, virusa yoluxanların sayı 471802 nəfərə yüksəlib ki, onlardan 21 min 279-u dünyasını dəyişib.

 

Artıq qardaş Türkiyədə bu günə qədər 59 adam həyatını itirib və 2433 nəfərdə virus aşkarlanıb.

 

İspaniyada da vəziyyət gərgin olaraq qalır. Belə ki, kral ölkəsində koronavirusa görə elan edilmiş fövqəladə vəziyyət rejiminin müddəti aprelin 11-ə qədər uzadılıb.

 

ABŞ-ın Cons Hopkins Universitetinin açıqladığı məlumatlara görə, son 12 saat ərzində Birləşmiş Ştatlarda virusa yoluxanların sayı 68572 nəfərə qalxıb. Ölənlərin sayı isə artaraq 1038-ə çatıb.

 

Avstraliyada COVID-19 səbəbiylə ölənlərin sayı 12-yə yüksəlib.

 

Ukraynada isə təhlükəli virusa yoluxanların sayı 145-ə çatıb ki, onlardan da 5 nəfəri dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş