Bu günə qədər dünya üzrə 33993 nəfər dünyasını dəyişib
Çindən yayılan yeni növ koronavirus səbəbiylə bu günə qədər dünya üzrə 33 min 993 nəfər dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 732 min 287 nəfər çatıb. 151 min 801 adam isə virusdan sağalmağı bacarıb.
AYNA xarici mətbuata istinadən koronavirusla bağlı son məlumatları təqdim edir:
Çində 31 nəfərin koronavirusa yoluxduğu məlum oldub. 4 nəfər isə dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 81 min 470-ə yüksəlib. 75 min 770 nəfər virusa qalib gəlməyi bacarıb.
Almaniyada 5 nəfər Türkiyə vətəndaşı koronavirusdan dünyasını dəyişib. Bununla da Almaniyada virusdan ölən türklərin sayı 12-ə çatıb. 62 min 435 nəfər isə ümumilikdə virusa yoluxub ki, onlardan 541 nəfəri vəfat edib.
Avropanın digər ölkəsi Fransada da koronavirusa yoluxanların sayında artım müşahidə edilib. Belə ki, bu ölkədə COVID-19-a yoluxanların sayı 40 min 723-ə qalxıb. 2 min 611 insan isə virusun qurbanı olub.
Məlum olduğu kimi, ABŞ koronavirusa yoluxanların sayına görə Çin və İtaliyanı geridə qoyub. Artıq Birləşmiş Ştatlarda 143 min 25 nəfər virus xəstəsidir. Onlardan 2 min 509-u bəladan qaça bilməyib.
Qətərdə də koronavirusa yoluxanların sayı son 24 saatda artaraq 634-ə çatıb.
Yaponiyada isə artıq virusdan 67 adam dünaysını dəyişib.
Avstraliyada koronavirusdan ölənlərin sayı 17-ə, yoluxanların sayı 4 min 167-ə yüksəlib.
Paralalel olaraq “Lassa hərarəti” xəstəliyi ilə mübarizə aparan Nigeriyada COVID-19-a yoluxanalrın sayı 111-ə çatıb.
Fil Dişi Sahilində isə koronavirusdan ilk ölüm qeydə alınıb. Bu barədə Ölkənin Səhiyyə və Gigiyena naziri Eugene Aka Aouele məlumat yayıb.