Ən yüksək yoluxma 12.8 faizlə Binəqədi rayonundadır
Ölkə üzrə koronavirusa yoluxmanın 55.1 faizi Bakının, 16.3 faizi isə Abşeron rayonunun payın düşür. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in sədri Ramin Bayramlı deyib.
“Bundan əlavə yolxuma sayının 8.4 faizi Gəncə-Qazax bölgəsin, 7.5 faizi Aran bölgəsinin, 5.8 faizi Lənkəran rayonun, 1.6 faizi Quba-Xaçmaz bölgəsinin, 1.4 faiz Şəki-Zaqatala bölgəsinin payına düşür”, - deyə Bayramlı deyib.
O, Bakının rayonları üzrə ən yüksək yoluxmanın 12.8 faizlə Binəqədi rayonunun təşkil etdiyini bildirib: “Yasamal 12.4 faiz, Xətayi 11.9 faiz, Sabunçu 11.8 faiz, Nəsimi 10.4 faiz, Nərimanov 8.8 faiz, Suraxanı 8.7 faiz və Nizami rayonu 8.2 faiz təşkil edir. Digər rayonlarda isə yolxuma sayı 5 faizdən aşağıdır”.