Bir sıra ərazilərdə qaz fasilələrlə veriləcək
Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 18-də saat 09:00-dan 18:00-dək
Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
Məlumatda o da bildirilir ki, bundan başqa, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində, kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədi ilə Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov, M.Davud küçələrində də qaz fasilələrlə veriləcək.