Yağış, leysan, dolu xəbərdarlığı

Xəbərlər

18.06.2019 - 12:07

Bu axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir

 

Bakıda və Abşeron yarımadasında iyunun 18-də hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi arabir güclənəcək. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

İyunun 18-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Müəllif: Ayna.az