Təhlükəli virus bütün dünyanı təşvişə salıb
Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb, ancaq preparatın sınaqdan keçirilməsi üçün uzun müddət vaxt lazım olacaq.
AYNA “Report” xəbər verir ki, "Biz artıq vaksini yaratdıq, amma dərmanın heyvanlar üzərində yoxlanılması üçün uzun müddət lazım gələcək", - professor Yuen Kvok-Yunq bildirib.
Honkonq professorunun sözlərinə görə, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər.
