Koronavirusa qalib gələn ilk ölkə məlum olub

Dünya

07.05.2020 - 00:39

cedabet dərman SEO Xidməti

Xəstəxanalarda cəmi 3 pasiyent qalıb

 

İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.

 

AYNA “Report"a istinadən xəbər verir ki, bu barədə yerli hökumət bildirib.

 

Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.

 

"İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu", - hökumətin bəyanatında deyilir.

 

İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.

 

İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, hələ martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş