Təhlükəli virus İranının Qum şəhərində qeydə alınıb
İranda iki nəfərdə koronavirus aşkar olunub. AYNA bu barədə İranın “Mehr” agentliyinə istinadən xəbər verir.
İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cahanpur xəbəri təsdiqləyərək deyib ki, virus İranının Qum şəhərində qeydə alınıb: “Həmin şəxslər şübhəli qismində nəzarətə götürülüb. Virusa yoluxmuş insanlar xüsusi izolə edilmiş palatalara aparılıb və daimi laborator müayinələrə cəlb edilib”.
Məlumat üçün bildirək ki, bu günə qədər koronavirusdan ölənlərin sayı rəsmi rəqəmlərə görə, 2012 nəfərdir. Yoluxanların sayı isə 60 mindən çoxdur.