Koronavirus bu ölkədən də yan keçmədi

Dünya

01.02.2020 - 19:41

Həkimlər Klinikalar SEO Xidməti

Virusun aşkarlandığı turist ətraf aləmdən təcrid olunub

 

İspaniyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi bildirib.

 

Qeyd edilir ki, virus beş alman turistindən birində aşkarlanıb. Onlar Homera (Kanar adaları) adasının klinikasında karantində olublar və analizlər Madriddəki III Karlos İnstitutuna göndərilib. 

 

“Analizlərdən biri müsbət nəticə verib”, - Səhiyyə Nаzirliyinin xəbərində deyilir.

 

Virusun aşkarlandığı turist ətraf aləmdən təcrid olunub.

 

Daha əvvəl bildirilirdi ki, beş alman turistindən ikisi Almaniyada koronavirus aşkarlandığı şəxslərlə ünsiyyətdə olublar. Alman həkimlər ispaniyalı həmkarlarına bu barədə xəbərdarlıq etdilər. Bundan sonra turistlər karantinlə göndəriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş