Konqres binasına girənlərlə bağlı FTX hərəkətə keçdi

Dünya

08.01.2021 - 11:02

Vətəndaşlardan Vaşinqtonda iğtişaşlarda iştirak edənlərin şəxsiyyətinin aşkarlanmasına kömək istənilib

 

ABŞ Federal Təhlükəsizlik Xidməti (FTX) Konqresin binasına daxil olanlarla bağlı araşdırmalara başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, FTX vətəndaşlardan Vaşinqtonda iğtişaşlarda iştirak edənlərin şəxsiyyətinin aşkarlanmasına kömək etmələrini xahiş edib.

 

Qeyd edək ki, dünən Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar. Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub. Toqquşmalar nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.

Müəllif: Ayna.az